Futbol üzrə Rusiya Premyer Liqasında 13-cü turun oyunları keçirilir.
Milli.Az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi "Rostov" da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "Krasnodar"la qarşılaşıb. Cənub derbisi 2:2 hesablı bərabərliklə başa çatıb.
Ayaz da bu görüşün iştirakçısı olub. O, matça start heyətdə başlayıb və 65-ci dəqiqədə əvəzlənib.
Quliyev komandasının 6-cı dəqiqədə vurduğu ilk qolda məhsuldar ötürmə müəllifi olub.
"Rostov" hazırda 22 xalla 4-cü pillədə qərarlaşıb.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: