"Qalatasaray"ın baş məşqçisi Fatih Terimin Türkiyə Futbol Federasiyası tərəfindən cəzalandırılacağı dəqiqləşib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Türkiyə Superliqasının son turunda "Fənərbaxça" ilə oyundan (2:2) sonra baş hakim Fırat Aydınusu təhqir edən çalışdırıcı Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) cəlb olunub.
İntizam təlimatına görə, Terimi 3-7 oyunluq cəza gözləyir. Bu isə o deməkdir ki, 65 yaşlı mütəxəssis Superliqanın 14-cü turunda "Beşiktaş"la keçiriləcək derbi matçında texniki zonada olmayacaq.
Qeyd edək ki, F. Terimin "Fənərbaxça" ilə oyundan sonra görüşün baş hakimi Fırat Aydınusun üzünə tüpürdüyü də iddia olunur.
Milli.Az