Viktoriya və Devid Bekhem 16 yaşlı oğlu Romeoya qeyri-adi hədiyyə bağışlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, onlar övladı üçün ailəvi məkanları olan Kotsuoldsda tennis məkanı tikdiriblər.

Bekhemlər bu məkana 30 min funt-sterlinq (təxminən 67 min manat) xərcləyiblər. Onlar məkanı tikdirməyi hələ mayda planlaşdırıblar.

Viktoriya oğlunun Devid qədər dünyada idman sahəsində məşhur olmasına çalışır.

Milli.Az