Məşhur futbolçu Devid Bekhemin xanımı Viktoriya Bekhem dizayner fəaliyyətinin 10 illiyi münasibətilə yeni kolleksiya hazırlayıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, tanınmış dizayner Mark Ceykobsla birlikdə ərsəyə gətirilmiş kolleksiyanın reklam fotosessiyasına 44 yaşlı Viktoriya da çəkilib.
O, "Gülümsəyən çantalar" adlı sessiyadan bəzi fotoları İnstagram-dakı profilində paylaşıb.
Milli.Az