“Qalatasaray”ın baş məşqçisi Fatih Terim əməliyyat olunub.
Publika.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə bu gün sinüzit əməliyyatı olan türkiyəli mütəxəssisin vəziyyətinin yaxşı olduğu bildirilib.
Terim 2017-ci ilin dekabr ayından "cim-bom"un “sükanı arxasındadır".