Nüsrət Gökçəyə dünya şöhrəti qazandıran "duz səpmə" hərəkəti uzun zaman keçməsinə baxmayaraq hələ də məşhurlar arasında populyarlığını qoruyur.
Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, Devid Bekhemin də təqlid etdiyi bu hərəkət ən son ingiltərəli aktrisanın "Halloween" şənliyinə mövzu olub.
Rol aldığı mükafatlı "Inbetweeners" serialı ilə tanınan, daha sonra müxtəlif filmlərdə kamera qarşısına keçən 28 yaşlı Emili Eytek "Halloween" partisində özünü Nüsrət Gökçəyə oxşatmaq istəyib.
Saqqalı, bığı, günəş eynəyi və ağ köynəyi ilə özünü Nüsrət Gökçəyə bənzədən Emili fotolarını sosial şəbəkə hesabında paylaşıb.
Milli.Az