"Qalatasaray"a transfer olunacağı deyilən Djurgardens-in hücumçusu Aliu Badci İstanbula gedib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə seneqallı futbolçu şəxsi İnstagram hesabında məlumat verib. 21 yaşlı forvardın bu paylaşımı onun "Cim-Bom"a transfer olma ehtimalını bir qədər də artırıb. Komandanın sabiq hücumçusu Yohan Elmanderin təklif etdiyi Badcinin Fatih Terimin siyahısında ilk sıralarda olduğu bildirilir.

Qeyd edək ki, afrikalı hücumçu İsveç çempionatında yenicə başa çatmış mövsümdə 28 oyuna çıxıb və 8 qol vurub.

Milli.Az