Bu gün "Qalatasaray" UEFA Çempionlar Liqası çərçivəsində Moskvada "Lokomotiv"lə qarşılaşacaq.
Milli.Az oxu.az-a istinadən bildirir ki, "Qalatasaray"ın baş məşqçisi Fatih Terim Rusiyada işləyən azərbaycanlı televiziya şərhçisi Elvin Kərimova forma bağışlayıb.
Belə ki, oyundan öncə keçirilən mətbuat konfransında Elvin Kərimov rus dilində iki sual verib. Həmin vaxt rus dilindən türkcəyə tərcüməçilik edən şəxs Kərimovun Rusiyada "Qalatasaray"ın ən çılğın azarkeşi olduğunu bildirib.
Fatih Terim isə suallara cavab verdikdən sonra ona forma bağışlayacağını bildirib. "İmperator" sözünün üstündə durub və formanı Elvin Kərimova bağışlayıb.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: