Demet Akalın boşandığı həyat yoldaşı Ozan Kurt ilə yenidən əl-ələ görüntülənib.
Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, cütlük ötən axşam Arnavutköydə barışma yeməyi yeyiblər. Münasibətlərinə daha bir şans verən məhşur cütlüyü dostları da yalnız buraxmayıb. Barışma yeməyindən əl-ələ çıxan cütlük jurnalistlərə açıqlama veriblər.
Jurnalistin Demet Akalına "Yenidən evlənmək istəyirsiniz?" sualına müğənni "Xeyr, elə şey yoxdu" - deyə cavab verib.
Sevinc Kərimova / METBUAT.AZ