Bir müddət əvvəl evli olduğu teleaparıcı və eləcə də ”Acun Medya”nin sahibi Acun Ilıcalı ilə boşanan Şeyma Subaşı öz instagram hesabındaki paylaşımları ilə izləyicilərinin diqqətini çəkməyə davam edir.
Metbuat.az xəbər verir ki, onun son zamanlar paylaşdığı foto və hekayələr sosial media istifadəçiləri tərəfindən birmənalı qarşılanmır. “Şeyma ayrılığdan sonra yıxılmadığını sübut etməyə çalışır” kimi şerhlər alan Subaşı, instagram hesabindaki paylaşımların rəy bölməsini sadəcə öz yaxınları üçün açıb.
Qeyd edək ki, Şeyma Subaşı və Acun Ilıcalı ötən ilin sentyabr ayında evlənmiş və bu evlilik uzun çəkməmişdir. Bir nece gün əvvəl boşanan cütlüyün 5 yaşında qız övladı var. Subaşı boşandıqdan sonra aldığı təzminatla da gündəmi zəbt etməyi bacarmışdı.
Sevinc Kərimova/METBUAT.AZ
Türkiyədə ən çox izlənilən "Müslüm" filmi - Prodüseri məhkəməyə veriləcək