"Rostov"un baş məşqçisi Valeri Karpin cəzalandırılıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının rəsmi saytı xəbər yayıb.
Karpin Rusiya Premyer Liqasının 17-ci turunda evdə "Krılya Sovetov"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra dördüncü hakimi itələyib.
Bu səbəbdən İntizam Komitəsi 39 yaşlı məşqçini 3-ü şərti olmaqla 6 oyunluq cəzalandırıb. Kaprin həmçinin 80 min rubl cərimələnib.
Milli.Az