"Erkenci Kuş" serialında cütlük rolunu canlandıran və sevgili olduqları haqqında dedi-qodular yayılan Dəmət Özdəmir və Can Yaman insanların marağına səbəb olan şəkil paylaşıblar.

Metbuat.az bildirir ki, Can Yaman İnstagram hesabından kinodakı sevgilisi Dəmət Özdəmirlə olan səmimi pozunu paylaşıb.

Sevgilərini belə elan etdilər

2 seriya gözlərindəki problemə görə eynəkdə olacağını bildirən aktyor "eşq dolu baxışmalarımızdan bir şey əskilməyəcək" sözlərini yazıb.

Adları eşq dedi-qodularına qarışan cütlüyün bu şəklini qısa zamanda bir çox insan bəyənib.

Qeyd edək ki, ötən günlərdə Yaman eşq dedi-qodularına "elə bir sey yoxdur" açıqlaması verib.

Modeldən soyuq havada içinizi isidəcək pozlar - FOTO