"Qalatasaray" Türkiyə Super Liqasının 17-ci turunda "Sivasspor"u 4:2 hesabıyla məğlub edib. Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "sarı qırmızılar"ın bu qələbəsi baş məşqçi Fatih Terim üçün əlamətdar olub. Belə ki, Terim "Qalatasaray"ın "sükan"ı arxasında 200-cü qələbəsini qazanıb. Həm də onun rəhbərliyi altında "sarı qırmızılar" 452 rəsmi qarşılaşmada 850-dən çox qol vurmağı bacarıb. "Qalatasaray"ın 850-ci qolu, "Sivasspor" matçının 69-cu dəqiqəsində fərqlənən Henri Onyekurunun adına yazılıb. (adsgarden = window.adsgarden || []).push({}); "Qalatasaray" turnir cədvəlində 17 turdan sonra 29 xalla 5-ci sırada qərarlaşıb. 1996-2000, 2002-2004, 2011-2013-cü illərdə də "Qalatasaray"ı çalışdıran Terim 2017-ci ilin dekabrından yenidən "sarı qırmızılar"ın "sükan"ı arxasındadır. Milli.Az