Azərbaycanlı futbolçu Ayaz Quliyev qərarını dəyişib.Milli.Az matç.az -a istinadən xəbər verir ki, "Rostov"un yarımmüdafiəçisi Moskva "Spartak"ına keçməkdən imtina edib.Halbuki tərəflər arasında hərtərəfli razılıq əldə olunmuş, "Spartak"ın 1 milyon avroluq təklifini "Rostov" qəbul etmişdi. Lakin Quliyev son anda komandasında qalmaq qərarına gəlib. 22 yaşlı oyunçu baş məşqçisi Valeri Karpinin ilk dövrədə ona göstərdiyi etimadı nəzərə alaraq, qalmağı üstün tutub.Qeyd edək ki, Ayaz Quliyev "Rostov"a cari mövsümün əvvəlində məhz "Spartak"dan keçib.Milli.Az