"Everton"da heyətə düşməkdə çətinlik çəkən Cenk Tosun Türkiyə klubunun maraq dairəsindədir.Milli.Az komanda.az-a istinadən xəbər verir ki, forvard axtarışlarını davam etdirən "Qalatasaray", 27 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. Baş məşqçi Fatih Terimin qətiyyətlə istədiyi futbolçu üçün icarə təklifi edəcəyi deyilən "cim-bom"un bu arzusuna, İngiltərə klubunun müsbət yanaşacağı gözlənilir.Karyerasına İngiltərədə davam etmək istədiyi deyilən türk futbolçu ilə Terimin birbaşa danışacağı deyilir."Everton"la 2022-ci ilədək müqaviləsi olan Cenk Tosun, bu mövsüm iştirak etdiyi 17 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə verib. O, keçən mövsüm 22,5 milyon avro qarşılığında "Beşiktaş"dan transfer olunmuşdu.Milli.Az