Müğənni Şəbnəm Əsədova artıq uzun müddətdir ki, xeyli çəki atması ilə gündəmdən düşmür.

Metbuat.az xəbər verir ki, "Show News"-a açıqlama verən sənətçi hazırda 59 kq çəkidə olduğunu bildirdi: “Bilirəm çoxunu maraqlandırır ki, Şəbnəm necə arıqladı. Bu günə kimi dəfə də olsun əməliyyat etdirməmişəm. Heç üzümdə belə müdaxilə yoxdir. Nə botoks, nə dodaq geli... Amma edənlərə də pis baxmıram. Hər kəs özü bilər. Seçimlərinə hörmətlə yanaşıram”. Müğənni həmçinin onun ünvanına tənqid yazanlara da münasibət bildirdi: “Pis şərh yazanların çoxu xanımlardır. Bu da paxıllıqdan, qısqanclıqdan və çəkəməzlikdəndir. İncimirəm. Normal qəbul edirəm. Gözəl xanıma hər zaman laf söyləyərlər”.

Şəbnəm arıqlamaq sirrini açıqladı

Şəbnəm arıqlamaq sirrini açıqladı

İki məşhur təsadüfən qonşu olduqlarını öyrənib - VİDEO