Rusiya millisinin üzvü Fedor Kudryaşov karyerasını Türkiyədə davam etdirəcək.Milli.Az komanda.az-a istinadən xəbər verir ki, hazırda azad agent statusu daşıyan 31 yaşlı müdafiəçi "Fənərbağça" klubuna keçməyə yaxındır. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.Xəbərdə, Kudryaşovun bu gün Türkiyəyə gələrək, "bülbüllər"lə mövsümün sonuna qədər müqavilə imzalayacağı bildirilib.Karyerası ərzində "Spartak", "Krasnodar", "Rostov" kimi klublarda forma geyinən Kudryaşovun son iş yeri "Rubin" olub. 31 yaşlı müdafiəçi yanvarın 10-da Kazan təmsilçisiylə yollarını ayırıb.Kudryaşov 26 dəfə də Rusiya millisinin uğurları üçün çalışıb.Milli.Az