"Qalatasaray" transfer çalışmalarına start verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, İstanbul klubu "Fulham"dən "Beşiktaş"ın sabiq üzvü Rayan Babeli transfer edir.

Belə ki, holland futbolçunun çıxış etdiyi "Fulham" Premyer Liqada təhlükəli zonadadı və aşağı liqaya yuvarlanmaq təhlükəsi var. Hollandiyalı futbolçunun artıq menecerinə yeni klub axtarmaq tapşırığı verdiyi deyilir.

"Qalatasarayın baş məşqçisi Fatih Terim onun transferinə icazə verib. Babel özü də Türkiyəyə dönmək istəyir. Artıq klub rəsmiləri ilə futbolçunun meneceri arasında ilk görüş baş tutub.

Qeyd edək ki, Babel 2017-ci ildə "Deportivo"dan transfer olunduğu "Beşiktaş"ı bu ilin yanvarında "Fulham"ə dəyişib. O, Premyer Liqada çıxdığı 6 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Milli.Az