Bir sıra dünya ulduzları dişlərinə milyonlarla dollar xərcləyərək qüsursuz görüntüyə sahib olublar.

Milli.Az ölkə.az-a istinadən dünya ulduzlarının plastik əməliyyatdan əvvələ aid fotolarını təqdim edir.

Mayli Sayrus

Amerikalı müğənni və aktrisa Mayli dişlərinə "əl gəzdirərək" tamam başqa birinə çevrilib.

Tom Kruz

56 yaşlı Hollivud ulduzu hələ məşhurlaşmasının ilk illərində dişlərinə müdaxilə edib. Tom bu günkü vəziyyət üçün bir sıra plastik əməliyyat keçirib.

Devid Bekhem

Qüsursuz görünüşü ilə gənc qızların sevimlisi olan Devid Bekhem də dişlərini düzəltdirən ulduzlardandır.

Viktoriya Bekhem

44 yaşlı Vikinin də dişləri ərinin dişlərindən elə də fərqli olmayıb.

Conni Depp

Conni Depin qızıl dişlərindəki qırmızı detalın sirrini heç kəs aça bilməyib.

Anna Pekuin

36 yaşlı aktrisa uşaq yaşda Oskar qazanıb. Bununla belə, dişlərinə müdaxilə etməyib.

Stiv Buşemi

Amerikalı aktyor və rejissor Stiv isə dişlərinə müdaxilə etməyib. Səbəbini isə tamaşaçının onu belə tanıdığını və belə öyrəşdiyi ilə izah edir.

Vanessa Paradis

46 yaşlı müğənni və aktrisa Vanessa dişlərinə "əl gəzdirməyən" nadir ulduzlardandır.

Madonna

60 yaşlı Madonna 2014-cü ildə bir tədbirdə qızıl diş taxdıraraq gəlib və bunun paltarına uyğun olduğunu deyib.

Nikolas Keyc

55 yaşlı ulduz 1980-ci illərin əvvəlində diş problemi olan aktyorlardan olub. Keyc iki dişini çəkdirərək fərqli görüntüyə sahib olub.

Milli.Az