Müğənni Elnur Məmmədov yeni görüntüsü ilə izləyicilərini təəccübləndirib.
Metbuat.az xəbər verir ki, Elnur nə az, nə çox 18 kiloqram arıqlayıb.
Bu barədə o “İnstagram” hesabından məlumat verib:
“Çox dediniz arıqla, buyurun, 17-18 kiloqram arıqladım. İndi də kim məni görür deyir ki, biz kök Elnuru istəyirik, kökəl. Mən bilmirəm insanlar nə istəyir. Əzizlərim, mən görüntü üçün arıqlamamışam, sağlamlığım üçün bunu etmişəm”.
