ARB TV-nin “Səhər-Səhər” proqramının budəfəki qonağı “Təhminə” filminin Təhminəsi, Türkiyəli aktrisa Meral Konrat olub.

Metbuat.az xəbər verir ki, o, illər öncə avtomobil qəzasında itirdiyi sevgilisi müğənni Kərim Təkini xatırlayaraq göz yaşı töküb:

“Konsertdən qayıdanda yolda yadına düşür ki, pul kisəsini oteldə qoyub. Qayıdır onu götürür, yenidən yola çıxır. Yanında da meneceri olub. Yolda yük maşınının altında qalırlar. Kərim idarə edib maşını. Meneceri də 2 il komada qaldıqdan sonra öldü. Ondan əvvəl evlənib boşanmışdım. Kərimdən sonra ailə həyatı qurmamışam”.

Tanınmış aktrisa yeni layihəyə başlayır - FOTO