Aktyor cütlük Sinem Kobal və Kenan İmirzalıoğlu, xoşbəxt ailə həyatı ilə diqqət çəkən məşhurlar arasında yer alır.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, bir müddətdir Amerikada istirahətdə olan Sinem Kobal, həyat yoldaşı Kenan İmirzalıoğlu ilə fotosunu “İnstagram” hesabından paylaşıb.

Ağ-qara olaraq paylaşılan fotoda iki məşhurun sevgi dolu baxışması gözlərdən qaçmayıb.

Məşhur cütlüyün fotosuna 80 min bəyəni və yüzlərlə şərh gəlib.

Sözügedən fotonu təqdim edirik:

​Sinəm Kobaldan sevgi dolu poza

Beren Saat sükutu pozdu! -"Elə bir şey yoxdur"