Bünyatova Sevinc Roman qızı 8 aprel 2019-cu il tarixində yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Metbaut.az-ın əldə etdiyi məlumata görə,12 aprel 2109-cu il tarixində Səbail rayonu, Arif İsrafilov küçəsi, ev 33, mənzil 3 ünvanında yaşayan 1967-ci il təvəllüdlü Bunyatova Elza Xalid qızı Səbail RPİ-nin 8-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, onunla eyni ünvanda yaşayan qardaşının həyat yoldaşı Bünyatova Sevinc Roman qızı 8 aprel tarixində, saat 11 radələrində yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı Səbail RPİ-nin 8-ci PB-i tərəfindən araşdırma aparılır.