Dünyanın ən gənc milyarderi olan Kylie Jenner makiajsız halı ilə pərəstişkarlarını məyus edib.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, keçdiyimiz günlərdə mal varlığı ilə dünyanın ən gənc milyarderi elan edilən məşhur model Kylie Jenner makiajsız görüntülənib.
Narıncı idman paltarı geyən və makiajsız olan K.Jenner, onu lentə alan jurnalistlərə məhəl qoymadan yeriməyə davam edib.
Qeyd edək ki, Kylie bu yaxınlarda dodaqlarındakı dolğunu çıxartması xəbəri ilə gündəmə gəlib.
Jennerin makiajsız halını görən fanatları isə böyük bir şok keçirib.



Gözəl model elə açıq-saçıq geyindi ki - bir anda diqqətlər ona çevrildi/ FOTOLAR