"Report" xəbər verir ki, bu barədə Kubanın Xarici İşlər Nazirliyinin başçısı Bruno Rodriqes Parrilya bildirib.
"Bu hərəkətlər təcrübədə qəbuledilməzdir, onlar yalnız Kuba xalqının ləyaqətini pozmağa yönəlib", - deyə Parrilya BMT Baş Assambleyasında bildirib.
Onun sözlərinə görə, sanksiyalar qanunsuzdur və ABŞ-ın imperialist səylərini önə çəkir.
Qeyd edək ki, ABŞ "insan hüquqlarının pozulmasında iştirak etdiyi üçün" Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Raul Kastronun və onun ailəsinin adlarını sanksiya siyahısına salıb.