Bakı, Trend:

Dövlət şurasının və Kuba Nazirlər şurasının sədri Migel Diaz Kanel oktyabrın sonunda Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.

Trend-in məlumatına görə, o belə bir bəyanatı cümə axşamı Havanada Rusiyanın baş naziri Dmitri Medvedevlə danışıqlardan sonra edib. Migel Diaz Kanel həmçinin bildirib: "Mən prezident Vladimir Putinə xüsusi təbriklərimi çatdırmışam. Ona iş cədvəli imkan verdikdə Kubaya səfər etməyə dəvətimi təsdiqləmişəm və bu ayın sonunda Moskvada yenidən danışıqlar aparmaq imkanım olacaq".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin