Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün Avropa Çempionatının qrup mərhələsində sonuncu oyununu keçirib.

Publika.az xəbər verir ki, Portuqaliyada Albaniya yığması ilə qarşılaşan millimiz 1:0 hesabı ilə rəqibi məğlub edib.

Millimiz Portuqaliya və Almaniya komandaları ilə görüşdə 0:6 hesabı ilə məğlub olub.

Beləliklə, yığmamız seçmə mərhələni üçüncü yerdə başa vurub.