Futbol üzrə Rusiya Premyer Liqasında 17-ci turun oyunları keçirilir. Milli.Az matc.az-a istinadən bildirir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva "Dinamo"su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda "Rostov"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

Ramil bu görüşün iştirakçısı olmayıb. Millimizin forvardı sonadək ehtiyatda qalıb.

"Dinamo" 17 turdan sonra 21 xalla 16 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

Milli.Az