"Report" "Miami Herald"a istinadən xəbər verir ki, Devid Bekhemin də sahiblərindən biri olduğu klub argentinalı yarımmüdafiəçilər Matias Kranevitter və Sebastyan Driussi üçün Sankt-Peterburq təmsilçisinə 27 milyon avro təklif edib.
Qeyd edək ki, hər iki futbolçunun "Zenit"lə 2021-ci ilin iyununa qədər müqavilələri var.