Türkiyə Super Liqasında XVI turun növbəti oyunları keçirilib.

Metbuat.az xəbər verir ki, son ölkə çempionu “Qalatasaray” səfərdə “Göztəpə”nin qonağı olub. Gərgin hücumlarla yadda qalan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu, Fatih Terimin komandasının cari mövsümdə 4-cü məğlubiyyətidir. Hazırda 24 xalı olan “Qalatasaray” turnir cədvəlində 6-cı sıradadır.