Fransada xəstəxanalar, xüsusilə də reanimasiya şöbələrində COVID-19 xəstələrinə yer çatmadığı üçün "uçan xəstəxana" adlanan təyyarə və vertolyotla xəstələr Almaniya, Lüksemburq, İsveçrə kimi qonşu ölkələrə təxliyə edilirlər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İl-dö-Fransa regionundan ağır xəstələrin daşınması məqsədilə Parisin cənubunda yerləşən Orly Hava Limanı sanitar bazaya çevrilib. Hər gün yüzlərlə xəstə ölkənin digər xəstəxanalarına daşınır. Hava limanında səyyar hərbi xəstəxanalar təşkil edilib.
COVID-19 epidemiyasının ən çox yayılmış olduğu Böyük Şərq və İl-dö-Frans regionlarından ağır xəstələr ölkənin digər xəstəxanalarına daşınır.
Milli.Az