Qubada doğuş zamanı ana və körpə ölümü qeydə alınıb.

Metbuat.az AzVision.az -a istinadən xəbər verir ki, Quba Rayon mərkəzi Xəstəxanasının baş həkimi Əliyar Səfərov bildirib ki, 1981-ci il təövəllüdlü Qasımova Pərzad Xacmaz RMX-dan təcili tibbi yardım maşını ilə gətirilib.

"Xəstə uşağlıq nahiyyasində capığın cırılması və hemorragik şok diaqnozu ilə gecə 01:30-da Xəstəxanaya daxil olub.Huşsuz vəziyyətdə olub və təcili əməliyyata qaldırılıb. Reanimasiya tədbirlərinin aparılmasına baxmayaraq ( intubasiya və süni vent aparatına qoşulub ) xəstənin həyati vacib göstəricilər bərpa olmayıb və o, həlak olub".

Baş həkim bildirib ki, USM müayinəsi zamanı qarın boşluğunda capığın cırılması, ölü döl və dispers hissəcikli cox miqdarda maye olması aşkarlanıb.