Bakı şəhərinin Nəsimi rayonunda "Qış parkı" yaxınlığında birmərtəbəli tikilidə baş verən yanğın söndürülüb.

Metbuat.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.



16:02

Bakı şəhərinin Nəsimi rayonunda "Qış parkı" yaxınlığında birmərtəbəli tikilidə yanğın başlayıb.

Metbuat.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə "Qış parkı" yaxınlığında birmərtəbəli tikilidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.