Texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov AMEA Rəyasət Heyəti aparatının Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli sərəncam imzalayıb.
Texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov 1978-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olub. 2016-cı ildən Akademiyanın Elm və təhsil şöbəsində çalışır. 2018-ci ildən yeni vəzifəyə təyin edilənədək həmin şöbənin müdir müavini vəzifəsində işləyib.
Yeni Azərbaycan Partiyası AMEA Rəyasət Heyəti ərazi ilk partiya təşkilatının sədridir.
Hüseyn Hüseynovun qardaşı Ramil Hüseynov Birinci Qarabağ müharibəsində şəhid olub.