“BakuBus”a məxsus avtobus piyadanı vurub.

Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə noyabrın 10-u saat 20 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində qeydə alınıb.

Belə ki, paytaxt sakini A.Babayev idarə etdiyi "BakuBus"a məxsus "BMC" markalı xətt avtobusu ilə yolu keçən Sumqayıt şəhər sakini Seyfəddin Mustafazadəni vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada noyabrın 11-də orada ölüb.

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, piyada Bakı Mühəndislik Universitetinin Memarlıq və inşaat fakültəsinin Sənaye mühəndisliyi ixtisasının III kurs tələbəsi imiş.

Bir 1 nəfər və ayaqda şəkili ola bilər