Bu gün Prezident İlham Əliyev Vüqar Əliyevin Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Metbuat.az "Trend"ə istinadən xəbər verir ki, Vüqar Əliheydər oğlu Əliyev 1980-ci ildə Bakıda anadan olub, Azərbaycan Dillər Universitetini bitirib. Daha sonra Moskva Dövlət Linqvistika Universitetində jurnalistika ixtisası üzrə təhsil alıb.

Vüqar Əliyev əvvəl AZƏRTAC-ın ingilis dilli şöbəsində tərcüməçi vəzifəsində, daha sonra isə siyasət bölməsində məsul vəzifədə çalışıb.

Vüqar Əliyev son təyinatından öncə Prezident Administrasiyasında məsul vəzifədə çalışıb.

Ailəlidir, üç övladı var.