Bakıda evdən külli miqdarda pul oğurlanıb.

Metbuat.az-a DİN-dən verilən məlumata görə, Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki mənzillərin birindən 19 000 avro, 4 950 funt sterling və 4 800 ABŞ dollarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Silayət Əhmədov və Biləsuvar rayon sakini Amid Abışov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.