Şəmkir rayonunun Dəllər qəsəbəsində ümumi sahəsi 480 m² olan yarımstansiyanın yanar konstruksiyaları 80 m² sahədə, içərisində transformatorun yanar hissələri, 7 ədəd yağ açarı və 25 p.m kabel yanıb.

Metbuat.az-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, yarımstansiyanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.