Bakıda ikimərtəbəli evdə yanğın olub.
Metbuat.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Suraxanı rayonunda ümumi sahəsi 130 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və dam örtüyü 30 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.