Fatih Terim "İnter" dedi

Türkiyəli məşqçi Fatih Terim İstanbulda keçiriləcək UEFA Çempionlar Liqasının finalı ilə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, “İnter” "Mançester Siti" ilə qarşılaşmada sürpriz edə bilər.

"İnzaqinin komandası "Mançester Siti"yə qalib gələ bilər. "İnter"də Hakan Çalhanoğlu var, onu çox yaxşı tanıyıram."İnter" çox maraqlı komandadır. "Mançester Siti" üçün asan olmayacaq. Finalda nə olacağını heç vaxt bilmirsən”.

Terim UEFA Avropa Konfransı Liqasının finalında keçmiş komandası “Fiorentina"nın "Vest Hem"ə məğlubiyyətini bu sözlərlə dəyərləndirib:

""Fiorentina üçün qələbə yaxşı olardı. Çünki onlar finala qədər əla iş gördülər. Onlar azarkeşləri və tarixi keçmişləri üçün qələbəyə layiq idilər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR