Qadın güləşçimiz Avropa ikincisi oldu

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Bu barədə Metbuat.az-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Bildirilib ki, üçüncü yarış günündə qızlardan ibarət millimizin 2 üzvü xalça üzərinə çıxıb.

Mübarizəyə 1/4 finaldan qoşulan Səadət Quliyeva (43 kq) sonuncu xal prinsipinə əsasən (3:3) isveçli Maya Yohanssona məğlub olub.

Ruzanna Məmmədova (57 kq) isə qitə birinciliyinə inamlı start verib. Həmyerlimiz əvvəlcə ispaniyalı Rosa Rodrigesi, daha sonra isə türkiyəli Aslı Köleni “tuş”la üstələyib. Məmmədova yarımfinalda polşalı Suzanna Horbikə 5:1 hesabıyla qalib gələrək 2-ci dəfə Avropa çempionatının finalına yüksəlib. Ruzanna həlledici görüşdə macarıstanlı Sofi Ritterə 2:5 hesabıyla uduzub və gümüş medalla kifayətlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR