Azərbaycanın basketbol millisi Albaniyaya qalib gəldi

Kosovada 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunun “B” qrupunda qərarlaşmış U-16 millimiz qrupdakı üçüncü oyununda Albaniya yığması ilə üz-üzə gəlib.

Azərbaycan Basketbol Federasiyasından Metbuat.az-a bildirilib ki, U-16 yığmamız rəqibinə 87-67 hesabı ilə qalib gələrək qrupda ardıcıl ikinci qələbəsini qazanıb.

Millimizin qrupdakı sonuncu oyunu iddiasız San-Marino seçməsinə qarşı olacaq.

Oyun iyulun 24-də Bakı vaxtı ilə saat 19:30-da keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR