Fatih Terimdən gözlənilməz seçim - Bu komandanı çalışdıracaq

“Qalatasaray” və Türkiyə millisinin keçmiş baş məşqçisi Fatih Terim yenidən yaşıl meydanlara qayıdır.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Səudiyyə Ərəbistanının milli komandası ilə danışıqlar aparır. İddialara görə, krallıq Fatih Terimə iddialı təklif irəli sürüb. Fatih Terimin təklifi qəbul etdiyi və tərəflərin razılaşmaq üzrə olduğu bildirilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı millisinin bundan əvvəlki baş məşqçisi fransız Herve Renard idi. Səudiyyə Ərəbistanı Qətərdə keçirilən son dünya çempionatında çempion olan Argentina millisinə məğlub edən tək milli komanda olması ilə diqqət çəkmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR