Fatih Terim imzanı atdı - Sürpriz seçim

"Qalatasaray"ın və Türkiyə millisinin sabiq çalışdırıcısı Fatih Terim meydana qayıdır.

Metbuat.az xəbər verir ki, Fatih Terimin danışıqlar apardığı İtaliyanın "Fiorentina" komandasının təklifini qəbul etdiyi iddia edilib.Terimin ilkin müqaviləni imzaladığı və detallar tamamlandıqdan sonra məşqçi işinə başlayacağı irəli sürülür.

Qeyd edək ki, Fatih Terim 2000-2001-ci illərdə "Fiorentina"da çalışıb. Terim "Fiorentina"da çıxış etdiyi müddətdə 10 qələbə, 11 heç-heçə və 7 məğlubiyyət əldə edib. "Fiorentina" azarkeşləri Fatih Terimə rəğbət bəsləyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR