Azərbaycan millisinin üzvü Zamiq Əliyevin də formasını geyindiyi “Eqnatiya” Albaniya çempionu olub.
Metbuat.az xəbər verir ki, komanda pley-off həlledici görüşündə “Vlajniya” ilə qarşılaşıb. "Eqnatiya" 4:0 hesablı qələbə qazanaraq ölkə çempionu olub. Zamiq də bu oyunda iştirak edib. O, meydana start heyətdə çıxıb və sonadək oynayıb.