Keçmiş futbolçu Devid Bekhem böyük oğlu Bruklinlə balıq tutmağa yollanıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ata ilə oğul dincələrkən çəkilmiş fotolarını sosial şəbəkələrdə paylaşıblar. Devidlə Bruklinin eyni tərzdə olan geyimləri diqqətdən qaçmayıb.

Devid fotolara “Uşaqlarla vaxt keçirmək çox önəmlidir. Ata ilə oğul balıq ovunda...” sözlərini yazıb.

Devid Bekhem oğlu ilə balıq ovunda – fotolar

Devid Bekhem oğlu ilə balıq ovunda – fotolar