Dünən məşhur cütlük – futbolçu Devid və model Viktoriya Bekhemin evliliyin 16-cı ildönümü olub.
Axşam.az xarici mətbuata istinadən məlumatına görə, bu münasibətlə cütük övladları ilə bir yerdə retorana gedərək bu günü qeyd ediblər. Viktoriya gecədən foto çəkdirərək İnstaqram səhifəsində paylaşıb.
"Mən səni sevirəm! Və gözəl ailəmizlə fəxr edirəm".
Devid də bu il açdığı İnstaqram səhifəsində toy günlərinin sevincinin istifadəçiləri ilə bölüşüb:
"16 il əvvəlin bu günü bizim üçün xüsusi bir gün idi. Mənə belə gözəl uşaqlar bəxş etdiyin üçün təşəkkürlər!
Böyük oğulları Bruklin də cütlüyün toy fotosunu paylaşaraq valideynlərini təbrik edib.
Qeyd edək ki, Devid və Viktoriya 1999-cu ildə ailə qurublar. Bu evlilikdən onların 4 övladı var: Bruklin (16 yaş), Romeo (12 yaş), Kruz (10 yaş) və Harler (3 yaş).






