Turistlər
Londonmeriyasının rəsmi London & Partners PR şirkətinin rəhbəri Qordon İnns şahzadə Şarlottanın Britaniya paytaxtına rekord sayda turist - 2015-ci ildə 32 milyon insan cəlb edəcəyini bildirib. Bu axına hər şeydən əvvəl otellər hazırlaşırdı. Hətta bəziləri körpənin doğulması ilə bağlı aksiyalar və xüsusi təkliflər edirdilər.

Ad
Şahzadənin necə adlandırılacağı bəlli olan kimi , bazar yeni "Şarlotta" brendi ilə dolmağa başladı. Coca-Cola bu adla xüsusi buraxılış etdi, Hailo taksi sifarişi xidməti körpənin adını şirkətin avtomobillərinin üzərində yerləşdirdi, PizzaHut şəbəkəsi şahzadənin doğum günündə onun 100 adaşını pulsuz yedirdi. "Yorkshire Tea" şirkəti "Charlotte’s Tea" adı ilə kolleksiya buraxdı. Ən unikal 20 qutudan biri Bukinqemski sarayına göndərildi, qalan 19-u isə xüsusi auksionda oynanıldı. "Birdland" zooparkının administrasiyası isə kral pinqvinini yeni doğulmuş körpənin şərəfinə adlandırmaqla daha uzağa getdi.

Bukmekerlər
Yeni doğulmuş şahzadə Şarlotta Yelizaveta Diananın adını düzgün təxmin edənlər pis qazanmadılar. "The Independent" nəşrinin yazdığına görə, bukmekerlər adı düzgün tapanlara təxminən 1 milyon avro ödəyiblər. "Şarlotta" adına qoyulan pul 3 əmsalla qəbul edilirdi.
Britaniyalılar körpənin doğulmasından həmən sonra isə yenidən bukmekerlərə üz tutdular: bu dəfə onlar balaca qızcığazın xaç valideynlərinin kim olacağını təxmin etməyə cəhd edirdilər.Real namizədlər arasında şahzadə Harri və Ketrinin bacısı Pippu Midlton, həmçinin futbolçu və şahzadə Uilyamın dostu Devid Bekhemin adı vardı.

Suvenirlər
Artıq yeni doğulmuş şahzadənin adı elan ediləndən 24 saat sonra, brendlər tematik mallar buraxmağa başladılar. Nəhəng sayda qablar, kosmetikalar və ev aksesuarları Britaniya mağazalarının piştaxtalarını doldurdu.
Körpənin həyata gəlməsinin ilk iki gündə suvenerlərin satışı 80 milyon avro gəlir gətirdi, ekspertlər əmindirlər ki, bu rəqəm qısa müddətdə 1 milyard avroya çatacaq.

İlk görünmə
Dünyaya gəldikdən 12 saat sonra şahzadə ictimaiyyət arasına çıxdı.
Ketrin və Uilyam Şarlotanı Müqəddəs Mariya xəstəxanasının qarşısına toplaşanlara göstərdi. Şahzadə "Hurt & Son" şirkətinin yun adyalına bükülmüşdü. Şirkət 1948-ci ildən — məhz yeni doğulmuş Çarlz üçün kraliça Yelizavetaya adyal hədiyyə etdikdən sonra yeni doğulmuş şahzadələrə xüsusi adyallar istehsal edir. Belə bir adyala şahzadələr Uilyam və Harri, sonra isə balaca Corc büküldü. Şahzadənin doğulmasından cəmi bir həftə sonra bu adyalların satışı eBay üzərindən 149% artmışdı. Hurt & Son adyalının qiyməti 97 avrodur.

Ailəyə pullar
Keyt Midltonun valideynləri Kerol və Maykl da nəvələrinin doğulmasından az pullar qazanmadılar. Onlar uşaq bayramları üçün gərəkli olan məhsulların satışı ilə məşğul olan "Party Pieces" online mağazanın sahibirlər. Burada "I’m Princess" (Mən şahzadəyəm) yazılı kağız stakan dəstini 3,99 avroya almaq olar. Belə yazılı salfetlər də eyni qiymətədir. Çox güman ki, Corc və Şarlottanın bayramlarında bunlardan istifadə ediləcək.

Sikkələr
Kral sikkə sarayı vəliəhdin dünyaya gəlişini dörd tip sikkə buraxmaqla qeyd etdi. Sikkələrin 1 ədədinin qiymətləri 13 £-dan 1800 £-ya qədər idi. Onlardan ən bahalısı 22 karat qızıldan hazırlanmış 39,94 qramlıq 5 funtluq qızıl sikkələrdir.

Hədiyyələr
Amerikanın "The Natural Sapphire Company" şirkəti şahzadə üçün 45 000 dollar dəyərində zınqrov-oyuncaq hazırlamışdı. O, Britaiya bayrağı formasında 18 karatlıq ağ qızıldan və ukrayna sapfir, yaqut və brilliantlardan hazırlanmışdı.

Xaç suyuna salma mərasimi
Şahzadə Diananın xaç suyuna salındığı Müqəddəs Məryəm Maqdolina kilsəsində 5 iyulda şahzadə Şarlottanın xaç suyuna salma mərasimi baş tutudu. Körpəyə satin və krujevadan tikilmiş ağ libas geyindirilmişdi (Kraliça Viktoriyanın böyük qızı da 1841-ci ildə belə bir paltarda xaç suyuna salınmışdı, o vaxtdan bəri bütün kral ailəsinin üzvləri belə ağ libasda xaç suyuna salınır).
Şarlottanın xaç valideynləri Uilyamın yaxın dostları Tom van Straubenzeye və Ceyms Meyd, Keytin uzun illərdir rəfiqəlik etdiyi Sofi Karter, həmçinin ailənin iki üzvü — Lora Fellous və Adam Midlton oldu.
