ANS PRESS-in məlumatına görə, bu yaxınlarda məşhur müğənni Viktoriya Bekhem 4 yaşlı qızı Haperi manikura aparıb. Balaca Haperin dırnaqlarını səliqəyə salan ustanın müştəriləri sırasında Cenifer Lopez, Cenifer Eniston və Hollivudun digər məşhur ulduzları da var.

Kiçik xanım Bekhem manikurda
Viktoriya Kerolayn Bekham məşhur futbolçu Devid Robert Cozef Bekhemin həyat yoldaşıdır. Onların bu nigahdan üçü oğlu və bir qızları var.

Bekhemler ailəsi
Viktoriya Bekhem müğənnilikdən əlavə aktrisa, fotomodel, rəqqasə və modelyer kimi də fəaliyət göstərir. O 1993-cü ildə qadınlardan ibarət və o vaxtlar populyar olan “Spice Girls” pop-qrupunun üzvü olub. Aktrisanın hazırda 41 yaşı var.

“Spice Girls"
Onun yoldaşı məşhur Devid Robert Cozef Bekhem müxtəlif futbol klublarında yarımmüdafiəçi olub. Futbolçu 1988- 2009-cu ilə kimi karyerasını davam etdirib. Məşhur futbolçunun artıq 40 yaşı var .

Devid Robert Cozef