Məşhur "Voice" səs yarışmasının Rusiyadakı variantında münsiflər heyəti dəyişib.

Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, ORT telekanalında yayımlanan "Qolos" ("Голос") proqramında "Eurovision" iştirakçısı Polina Qaqarina, müğənni Qriqoriy Leps və repçi Basta münsiflər kürsüsündə əyləşəcək.

Yarışmanın çəkilişlərindən yayılan ilk fotolarda məlum olub ki, onlar Pelageya, Leonid Aqutin və Dima Bilanı əvəz ediblər. Əvvəlki 3 mövsümdə iştirak edən ifaçı Aleksandr Qradskiy isə əvəz olunmayıb.

Proqramın 4-cü mövsümü sentyabrın 4-də başlayacaq.

"Qolos"un münsiflər heyəti dəyişdi - fotolar

"Qolos"un münsiflər heyəti dəyişdi - fotolar

Əvvəlki münsiflər - A.Qradskiy, D.Bilan, L.Aqutin, Pelageya

"Qolos"un münsiflər heyəti dəyişdi - fotolar

Qeyd edək ki, eyni adlı yarışmanın rəsmi Azərbaycan versiyası bu yaxınlarda AzTV-də start götürəcək.

"Qolos"un münsiflər heyəti dəyişdi - fotolar